HAQQIMIZDA

Shtutqart MMC, avtomobil sahəsində bir çox işlər görməklə
müştərilərin işini rahatlaşdırmaqla onlara hər zaman yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etmişdir.

 

Ştutqart Mağazalar Şəbəkəsi, Ştutqart Servislər Şəbəkəsindən sonra
keyfiyyətli kimyəvi təmizləyici vasitələrlə avtomobillərin yuyulmasını həyata keçirən
Pro Wash şirkətilə bağlanan müqavilədən sonra şirkəti almış və nəticədə
Ştutqart Avtoyuma Şəbəkəsi adı altında fəaliyyətini davam etdirmişdir.

 

Avtoyuma məntəqələri 2019-cu ildə yaradılıb və avtomobil yuma sahəsinə bir yenilik gətirib.
 

İstifadə olunan dərman və vasitələrin keyfiyyətli seçimi, peşəkar işçi heyəti
sayəsində avtomobilləriniz  yuyulduqdan sonra daha təmiz və səliqəli görünəcəkdir.

 

Bundan başqa məntəqələrdə kimyəvi təmizləmə xidməti də fəaliyyət göstərir ki,
bu da hər bir avtomobil üçün ildə iki dəfə vacibdir.

Kimyəvi təmizləmə xidmətindən istifadə etməklə həm özünüzü həm də ailə üzvlərinizi arzuolunmaz xəstəlik və bakteriyalardan qorumuş olacaqsınız.

 

Hazırda Ştutqart Avtoyuma Şəbəkəsinin, Bravo 20 yanvar, Bravo Koroğlu, Gənclik,
Qara Qarayev, Nəriman Nərimanov, Əhmədli və Binəqədi filialları fəaliyyət göstərir.

Ştutqart Avtoyuma Şəbəkəsi